Cəza yeri
Ruhumuz taxtanı kaman eylədi, Ahımız od oldu, saza yeridi. Gördük ki, bu dünya hər addımbaşı, Fəlakət yeridi, qəza yeridi.
Hər toyun axırı döndü bir vaya, Mum oldu qaradaş, əzildi qaya. Sevinc həvəsiylə gəldik dünyaya, Gələndə gördük ki, əza yeridi.
Kəndiri yağlıdı – asdırmaq üçün, Torpağı hazırdı – basdırmaq üçün, İnsanı əbədi susdurmaq üçün, Qəbir insanların cəza yeridi.
2003, 16 yanvar