Əsas məzmuna keç

Gəraylı

Ceyran

Aşıq Ələsgər

1

Durum dolanım başına, Qaşı, gözü qara, Ceyran! Həsrətindən xəstə düşdüm, Eylə dərdə çara, Ceyran!

Söz eşidib, ərzim qansan, Mən yanıram, sən də yansan. Özün bir tülək tərlansan, Niyə uydun sara, Ceyran?!

Ələsgərəm, abdal ollam, Eşqin girdabında qallam. Küsdürmüşəm, könlün allam Yalvara-yalvara, Ceyran!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.