Cavanlıq
Cavanlıq qüvvətdi, cürətdi, sürətdi. Həyatın insana verdiyi ən böyük nemətdi. Təravətli çiçəkdi, Alovlu şimşəkdi. Şimşək kimi çaxışı var. Ümman kimi fırtınası, dərya kimi axışı var. Dərələri, təpələri düz eyləyən nərəsi var. Gur səsi var, Od püskürən nəfəsi var. İllər boyu yorulmadan yaratmağa həvəsi var, həvəsi var!
1968, 3 aprel