Əsas məzmuna keç

Heca şeiri

Cavan şair, qoca dağ

Zəlimxan Yaqub

3

Qardaş kimi gəlmişəm qucağına, qoynuna, Elə bu istəklə də qol salıram boynuna. Qoca dağ, vurulmuşam şimşəklərin oynuna, Zirvə qucan qartalın, kəklik ötən daşınam, Mən sənin qardaşınam.

Odumuz-suyumuz bir, əslimiz-soyumuz bir, Bir atanın oğluyuq, bir ananın övladı, qəddimiz, boyumuz bir. Sevincimiz, qəmimiz, yasımız, toyumuz bir, Keçmişin, gələcəyin, tarixinəm, yaşınam, Mən sənin qardaşınam.

Sən eşq ilə dolusan, mən də söhbətlə, sazla, Sən də, mən də bağlıyıq bu baharla, bu yazla. Oxuyuruq Allahın verdiyi bir avazla. Sən tutqun görünəndə, mən çatılan qaşınam, Mən sənin qardaşınam.

Cavan şair, qoca dağ, verib yenə baş-başa, Aydınlıq gəlir ömrə, gümrahlıq gəlir yaşa. Ayrılığın, həsrətin haşa, əlindən haşa, Səninlə bir olanda Tanrıya çatan səsin, ərşə dəyən başınam, Mən sənin qardaşınam.

2007, 12 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.