Canlar ondadır
Yaranlar, qafil olmayın, cani-canlar ondadır, Abi-zəhər, şəhdi-şəkər türfə ballar ondadır, Ol yavuz məhşər, müsəllət, qalmaqallar ondadır, Ol yavuz ah-u nədamət, qeylü qallar ondadır, Türfə bəylər, türfə xanlar, türfə ellər ondadır.
Hər kim zülm eyləsə, həq duzəxin odun saçar, Hər kimə lütf eyləsə, cürmü günahından keçər, Qıl-siratdan asi qullar bir qədəm yoldan keçər, Kimi beş il, kimi on il, kimi yüz ildə keçər, Böyük dağlar, uzaq yollar, susuz çöllər ondadır.
Hər kim öz halına ağlar, nə ata oğla baxar, Kükrəyir, həm titrəyir qəhr-qəzəb ilə saxar, Çox ilanlar toplaşıb, buğra sifət bövlər soxar, Ruzə tutmaz bəndələri həq cəhənnəmdə yaxar, Surəti-xınzırsifət nəqşi bədənlər ondadır.
Tanla ol tövfiqli qullar mürşidinə daldadır, Hər kişi ehsan edər, ehsanı onun aldadır, Kimi şadda, kimi odda, hər kişi bir haldadır, Mali-dünya fayda verməz, hiyləgərdir, aldadır, Ol yəhərlənmiş Buraqlar, hüllə donlar ondadır.
Rusiyah Məxdumqulu, saqi əcəl içsən gərək, Xanimanın, mali-mülkün, varından keçsən gərək, Neçə qeybət, neçə yalan sözləri açsan gərək, Hazırlaş, qıl körpüdən zaviyə uçsan gərək, Ol qılıncdan iti, qıldan incə yollar ondadır.