Əsas məzmuna keç

Heca şeiri

Canımız

Zəlimxan Yaqub

1

Ömür-gün səhrasında, Səfil olan canımız. Qəzası, müsibəti, Qəfil olan canımız.

Həyat bir udum nəfəs, Dünya beşgünlük həvəs. Hər yanı zindan, qəfəs, Qıfıl olan canımız.

Enib dərdin şəhrinə, Düşüb qəmin qəhrinə, Sehrbazlar sehrinə Tifil olan canımız.

Ölüm ahıl, biz çağa, Boğaz yemdi bıçağa. Axır beş arşın ağa, Təhvil olan canımız.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.