Əsas məzmuna keç

Heca şeiri

Can yerin payıdı

Zəlimxan Yaqub

1

Baxdığım üfüqə, gördüyüm göyə, Ürəyimi verdim, beynimi verdim. Göylər ucalıqdan enməsin deyə, Göylərin altına çiynimi verdim.

Yerimək çətindi yolda, yoxuşda, Dizlərin qüvvəti, heyi yoxdusa. Yazıqdı insan da, böcək də, quş da, Göylərin qoynunda göyü yoxdusa.

Bölüb, bölüşdürüb bu qismət bizi, Can yerin payıdı, ruh göylərindi. Beləcə yaradıb təbiət bizi, Ağrı torpağındı, ah göylərindi.

2003, 10 aprel

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.