Əsas məzmuna keç

Qoşma

Can çıxar

Məxdumqulu Fəraqi

1

Gər tutsa halimdən xəbər quru ağacdan qan çıxar, İnsan şərarımdan əsər tapsa tənindən can çıxar.

Qarun qılıb malın əda, səd can edər olsa fəda, Gün şəmindən olub cüda, nurun qoyub, pünhan çıxar.

Bir köşədə olsam mükim, könlə gətirsəm qədri-sim, Hər köşeyi-viranədən səd gənci-bibayan çıxar.

Könlümə gələn naxışlar gözlərə fayda olsa gər, Düşsə gözü nadanların, kamil olub, mərdan çıxar.

Heç anlamaz zirü zivər gər tapsa cəzbəmdən əsər, Əlifdən, beydən bixəbər hər dəmdə bir Quran çıxar.

Cəbr etdi Cəmşid canına, ki yetdi mədən kanına, Yüz il oxub payanına nə Zalü, nə Loğman çıxar.

Mən həm Fəraqi ol qədər ağlımı qıldım dərbədər, Bir bahünər tapsa xəbər, pər bağlayib, asman çıxar.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.