Bütün ürəkləri sevindir, Allah
Allah, xoşbəxtliyi tək mənə vermə, Əlləri ümiddən üzülənə ver. Göz yaşı gecələr yanaqlarına, Gündüzlər içinə süzülənə ver.
Heç zaman ürəklə qarşılamaram, Tək mənim qapıma gələn sevinci. Ataram kədərin ayaqlarına, Qəlbimə girməmiş ölən sevinci.
Doğulan günündən şair ürəyi, Doğma ocağındır, evindir, Allah. Bir qəlbi, bir könlü, bir ürəyi yox, Bütün ürəkləri sevindir, Allah!
2003, 22 avqust