Əsas məzmuna keç

Heca şeiri

Bütün əbədilər müvəqqətidir

Zəlimxan Yaqub

1

Bütün əbədilər müvəqqətidir, Yalandır Allahın özündən özgə. Əzəldən axıra, əvvəldən sona, Kim gördü Allahın gözündən özgə?

Solub getməyi var bütün üzlərin, Üz yoxdur Allahın üzündən özgə. Tanrının sözüdür bütün şairlər, Söz yoxdur Allahın sözündən özgə.

2002, 8 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.