Bütövlük
Görəsən Allah Ayımı çox sevir, Günəşimi? Buzumu çox sevir, atəşimi? Dağımı çox sevir, təpənimi? Dalğanımı çox sevir, Dalğanın körpə balası ləpənimi? İnsanımı çox sevir, heyvanımı? Qocanımı çox sevir, cavanımı? Quşumu çox sevir, daşımı? Ürəyimi çox sevir, yaddaşımı? Nəyə lazım mətləbi uzatmaq, Nəyə lazım sualların kölgəsində yatmaq. Allah öz sevincini Hamıya, hər şeyə bütöv verər, Qum dənəsi kimi xırdalamaz, Dilənçi payı kimi bölməz. Allah elə bu bütövlüyünə görə Ölməzdi! Ölməzdi! Ölməzdi! Ölməz!!!
2006, 3 yanvar