Əsas məzmuna keç

Qoşma

Bütöv Azərbaycan dünəndə qaldı

Zəlimxan Yaqub

1

Bütün yaralılar baş-başa versə, Yoxdu mənim kimi yaralanmışı. Allahın özü də ovuda bilməz, Yurdundan, elindən aralanmışı.

Qara günlərimin rəngi ağ olmaz, Belə düyün olmaz, belə dağ olmaz, Yazıyla, pozuyla yaşatmaq olmaz, Fələk dəftərindən qaralanmışı.

Xoşbəxtlik nə səndə, nə məndə qaldı, Nə candan sevinən bir bəndə qaldı. Bütöv Azərbaycan dünəndə qaldı, Bu gün mənə çatıb paralanmışı.

2004, 17 sentyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.