Büryanə oldum indi
Eşq atəşinə düşdüm, pərvanə oldum indi, Şövqün közünə yandım, büryanə oldum indi, Cismim kababa döndü, giryanə oldum indi, Gənc istəyənlər gəlsin, viranə oldum indi, Ayrıldım əğyarlardan, biganə oldum indi.
Çıxardım başdan indi dünya həvəsin mütləq, Nə fərşə ayaq basdın, dolan, bir özünə bax, Kül ol, külünə sovrul, ol güdaza canın yax, Lazım oldu oxumaq «ənəl-həqqü» «minəl-həqq», Mey içib meyxanadan, məstanə oldum indi.
Dünya məndən həzz etməz, mən həm bəhrə almazam, Odum gurdur, dərdim çox, xoşbəxt olub gülməzəm, Ağır baha aləmi altı cövə almazam, Dost hansı, düşmən hansı, fərqin edib bilməzəm, Heç kimsə anmaz halim, əyanə oldum indi.
Bir məqama tuş oldum, fikr onda fikrə batdı, Can onda candan oldu − huşundan gedıb yatdı, Cəsəd yolda yox oldu, könül özün unutdu, Eşq qoşun yığıb gəlib, əql mülkün dağıtdı, Talana verib ağlım, divanə oldum indi.
Məxdumqulu, hər zaman neyləyim olma giryan, Fikir palçığna batdım, çıxa bilmən mən bir yan, Gövdə xarab, tən türab, könlümün şəhri viran, Can, cəsəd, dil, ağıldan ayrılıb, qaldım üryan, İş gəldi, başa düşdü, divanə oldum indi.