Əsas məzmuna keç

Qoşma

Buludlar

Zəlimxan Yaqub

1

İldırım çaxanda yaz səhərində, Dəyişdi rəngini ala buludlar. Qaraldı üfüqün al yanağında, Döndü göy üzündə xala buludlar.

Şimşək sinəsinə çəkəndə dağı, Dağıldı, töküldü göylərin tağı. Yenə qucaqladı ana torpağı, Sərildi yamaca, yala buludlar.

Fikrindən ağardı saçı qar kimi, Ağladı, ən ağır dərdi var kimi. Mələşdi anasız quzular kimi, Yellərə yem oldu bala buludlar.

1976, 21 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.