Bülbül coşub bağa sığmır
Üz allanır, dil ballanır, Qızın gəlhagəl çağıdı. Göz süzülür, baxış yanır, Nazın gəlhagəl çağıdı.
Bir eşqin oduna düşüb, Meyli bir qadına düşüb, Gözəllər yadına düşüb, Sazın gəlhagəl çağıdı.
Bülbül coşub, bağa sığmır, Nəğmələr dodağa sığmır. Qönçələr budağa sığmır, Yazın gəlhagəl çağıdı.
2007, 14 mart