Əsas məzmuna keç

Qoşma

Bulağına

Zəlimxan Yaqub

1

Olsa da dünyanın gur bulaqları, Hər kəs vurğun olar öz bulağına. Meylimi salmışam körpəliyimdən İlham bulağına, söz bulağına.

Üstünə nur yağır, şimşəklər çaxır, Hüsnünə qəmzəli gözəllər baxır. Sinəmdən dumduru bir bulaq axır, Vermərəm dünyanın yüz bulağına.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.