Əsas məzmuna keç

Gəraylı

Bu yolun yolçusu olayım dersən

Şah İsmayıl Xətai

1

Bu yolun yolçusu olayım dersən, Əldə iki qarpız tutmalı degil. Dərviş olub şalvar geyəyim dersən, Gahi geyib, gahi atmalı degil.

Namərd bağçasında qönçə gül olmaz, Kamil ilə yoldaş olan yorulmaz, İki məxluq vardır, haqqa qul olmaz, Məğrurluq, kibirlik etməli degil.

Məğrurlar orada olurlar yalan, Kibr imiş yorulub yollarda qalan,

Əgər yolçu isən, körpünü dolan, Göz görə çamura batmalı degil.

Qoyun quzusuna nasıl mələdi? Öküzün qulağın kimlər ənədi? Qərib bülbül gül dalında tünədi, Hər çalı başında ötməli degil.

Şah Xətayim imam Cəfər müxbiri, Haqqın yaranıdır Veysül-Qərəni, Haqqın xəznəsindən gələn gövhəri Müştəri olmadan satmalı degil.

Lüğət: Dersən – deyirsən; Kibr – məğrurluq, qürurluq; Ənədi – axta etdi

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.