Bu yeli bir əsdirən var
Niyə tez soldu deyirsən, Çiçək özbaşınadımı? Bu yeli bir əsdirən var, Külək özbaşınadımı?
İçindədi hisin-pasın, Ovcundadı dərdin, yasın. Könül necə ağrımasın, Ürək özbaşınadımı?
Ağrı nədir, candan soruş, Zəhər nədir, qandan soruş, Soruş, Zəlimxandan soruş, Görək, özbaşınadımı?
2001, 14 dekabr