Bu xalqın çörəyi
Gözümün yaşını elə yağdırıb, Bu xalqın dizinə su birdən çıxıb. Oğlunun, qızının səsi-sorağı, Bakıdan batanda Sibirdən çıxıb.
Qanını soranlar zəliyə dönüb, Ağıllı qorxudan dəliyə dönüb. Dirisi sustalıb, ölüyə dönüb, Ölüsü xortlayıb, qəbirdən çıxıb.
Haqq deyib, haqqını gəzib bu millət, Əzəndə özünü əzib bu millət. İlahi, nələrə dözüb bu millət, Bu xalqın çörəyi səbirdən çıxıb.