Bu vəfasız dəhrdə biz dərdə olduq mübtəla
Bu vəfasız dəhrdə biz dərdə olduq mübtəla, Dərdə adət etmişik, axtarmarıq hərgiz dəva.
Könlümüz dərdə tutuldu, bir təbibə açmadıq, Sildik hər bir nüsxədən gördükdə var xətti-şəfa.
Tapmadıq bir iz vəfadən ruzigar əhlində biz, Biz vəfa gözlərdik, onlardan yetişdi yüz cəfa,
Xəlqdən qaçdıq cahanda, qılmadıq yad özgəni, Olmadıq can ilə də təklik evində aşina.
Biz həmin insanlarıq ki, gərdişilə çərxi-dun. Təfriqə salmış arayə, min cəfa görmüş rəva.
Göz yaşi cari edib müjganımızdan sel kimi, Şam kimi kəsdik dili kim, gizli qalsın macəra.
Biz pərişanlar su üstündə hübabə oxşarıq, Heç zaman birləşməyi dövran bizə görməz rəva.
Hadisə tufani daim döndərər viranəyə, Hər yerində aləmin min binəva tiksək bina.
Biz fələk dövründə axtardıq vəfa rəsmi, vəli, Hər zaman ol ayinə göstərdi əksi-müddəa,
Çox dolandıq dövrünə bu aləmin pərgar tək, Başımız düşdü ayağə, olmadıq şə’ni uca.
Çox tərəddüd eylədik, aləmdə hərgiz tapmadıq Bir məqamdan qeyri kim, hər şeydə oldur ibtida,
Qətrələr tək yer üzündən ayrılıb xeyli zaman, Meyl qıldıq, yüksəlib biz də edək seyri-həva,
Aləmi-ülviyyətin seyrinə əvvəl üz qoyub, Etdik axirdə öz alçaq təb’imizə iqtida.
Biz bu varlıq güzgüsündə oxşarıq bir əksə kim, Bilmədən öz eybini, insanda nöqsan axtara.
Nə yaranmaq, nə fəsadın sirrini dərk etmişik, Nə fəna dərdindəyik, nə eylərik fikri-bəqa.
Zati-kamilçün bəqa keyfiyyətidir bir dəlil, Zatımız hardan edər böylə məqama iqtiza?
Yoxdur aləmdə fənanın şərti varlıqdan səvay, Bizdə ol varlıq hanı kim, yoxluğa qabil ola?
Yetməyir xəlqin qulağına dilimdən neyləyim, Bir səda kim, xəlqi şənləndirsin, olsun canfəza.
Məndə öylə qəlb də yoxdur ki, dərdi dərk edib, Zövq alım, xoşhal olum dərd əhli etdikcə nəva.
Küfrdəndir kim, bu mənasız vücudim büt kimi, Bir bəzək olmuş riya bütxanəsinə daima.
Tə’n edər aləm mənə, mən öz-özümdən qafiləm, Qəlbimin sirrini heyrətdən edə bilməm əda.
Öz sərəncamınla, xəlqin tə’ninin tədbirini Kim məni xəlq eyləmişsə böylə tapşırdım ona.
Od vurub yaxdım libasi-e’tibarı büsbütün, Olmadı çərxin əlindən damənim hərgiz rəha.
Bir kələf tək yüz düyün salmış işimdə ruzigar, Acizəm müşküllərin həllində, yox müşgülgüşa.
Bircə ümmidim ona qalmış ki, sübhün fəcri tək, Həll edə bu müşkülü mehrilə şahi-lafəta.
Böylə bir sultan ki, yüz il keçsə də bir qönçənin Etmədən yad adını, asan aça bilməz səba.
Öylə bir sultan ki, izni olmadan açmaz fələk Pərdə sübhün çöhrəsindən, nurə qərq olmaz fəza.
Öylə sultan ki, kərəm gül şaxəsi fəqr əhlinə, Hər nəfəsdə yüz tükənməz ne’mət etmişdir əta.
Iltifatilə geyinmiş fəqr sərvət paltarı, Bir baxışla verdi gövhər qiyməti sadə daşa.
Həq vəlisidir, vilayət təxtinin şahənşəhi, Din sultanı, imami-həqq, şahi-övliya.
Küfrdən ayrıldı şər’i-Müstəfa, bais odur, Əhmədi-Muxtar onunla oldu fəxri-ənbiya.
Zati-pakilə sədəf gövhərlə doldu Kə’bədə, Türbəsi feyzindən olmuş yer üzü fəxri-səma.
Bir dəlildir hörmətinə kim, şəbi me’racdə, Gördü Əhməd kim, Əlidir sakini-əşri-xuda.
Əhli-beyti laləzarindən nümunə istəsən, Gör necə əlvan olub qan ilə dəşti Kərbəla.
Qəbrinin feyzilə qumları Nəcəf səhrasının Qiymətə minmiş, olub xalqın gözündə tutiya.
Bir səadət mənbəi kim, asimani-feyzidən Mərhəmət xurşidi salsa aləmə zərrə ziya,
Ol ziyayə sayə salmaqdır fəlakətdən nişan, Olsa bu sayə salan aləmdə hətta bir hüma.
Kə’beyi-dərgahi ol şahın bir hacətgahdır, Hacət üçün kimsəyə lazım deyil orda dua.
Ey olan dərgahi hacət Kə’bəsi insanlara, Xəlqə hacət Kə’bəsi yoxdur o dərgəhdən səva.
Hansı bir hikmət ki, gizlənmiş hicabi-qeybidə, Rə’yin ilə çıxmış ol hikmət əyanə mütləqa.
Gər qəza qəlbində bir iş bağlasa min il düyün, Rə’y versə ol işə min dəf’ə təqdiri-qəza,
Ol işin əncaminə imkan tapılmaz dəhrdə, Gər qəza təqdirinə olmazsa rə’yindən riza.
Xilqətindən adəmin məqsəd itaətdir, fəqət Yoxdur həqq əmrinə tabe’likdən özgə müddəa.
Hər qədər ki, rəhnümalıq etməmişdin Adəmə, Baş verərdi taətində Adəmin hər gün xəta.
Indi çoxdandır Nəcəfdə iqtida etmiş sənə, Taətində hər xəta kim var idi, qılmış qəza.
Çıxdı müşriklik pasından şər’i-həqq ayinəsi, Verdi ol ayinəyə hər ayinə tiğin cila.
Dinə tabe’dir o kəs kim, tabe’ olmuş hökmünə, Küfrdür olmaq sənin fərmanına bie’tina.
Hansı bir kəs ki, çəkər dünya ilə üqba qəmi, Sözdə sultan olsa da, sən bil həqiqətdə gəda.
Hər iki aləmdə çün hiss eyləməzsən ehtiyac, Səndən özgə padişəh yoxdur iki aləm ara.
Hansı ordu qarşısında getsə sən tək bir imam, Sayə tək izlər onu hər ləhzə nüstər mütləqa.
Hansı bayraq sayəsində olsa sən tək pak-nur, Ayla gün səcdə qılar, təslim olar ol bayrağa.
Hər kimin vardır, əlində mehrinin sərriştəsi, Heç nədən xof eyləməz, düşmənlə dünya dolsa da.
Təkcə sənsən hər yerə getsək pənahi bizlərin. Səndən özgə yox pənahım, ya Əliyyəl-Mürtəza.
Səndən özgə bir kəsə bizlərdə olmaz e’timad, Səndən özgə kimsəyə üz tutmarıq biz binəva.
Vermişik mehrin kimi yaxşı əməldə imtəhan, Cümlə əhli-cənnətik, həqq ədlilə versə cəza.
Bəxş edərsə bizlərə ümmid öz amalımız, Bais oldur, söykərik arxa sənin dərgahına.
Asitanın türbəsinə meyl edən rüxsarımız Bir samandır kim, onu cəzb eyləmişdir kəhrəba.
Dərgəhin torpağinə düşdü saralmış çöhrəmiz, Yə’ni ol qiymətli torpağə nisar etdik tila.
Xidmətində biz sənin tam bir ömür sərf etmişik, Yaxşı olmaz eyləsək bu xidmət ilə iktifa.
Bir bükülmüş qamət ilə natəvan bu cismi biz, Layiq olsaydı edərdik dərgəhində buriya.
Dərgahində bu iki qat qəddimizdən tağ vurub, Göz kəsib dostdan, ona biganə olmuş əqrəba.
Bu Füzuli kimsəsizdir, çarəsizdir, ya Əli, Göz kəsib dostdan, ona biganə olmuş əqrəba.
Müxtəlif bir xəlq içində doğru yoldan azmamış, Sanki xətti-üstüvadır, meyl qılmaz sağ-sola.
Çatmış artıq ol zaman kim, nail olsun lütfünə, Bu bəladən ol əlili-dərdimənd olsun rəha.
Tutiyi-şəkkər şikəndir, vəsfini vird eyləmiş, Istəməz övsafını zağü zəğən etsin əda.
Üns baği, qüds gülzarində bir bülbüldür o, Dar qəfəs küncündə layiqdirmi ki, məhbus ola?
Bir neçə fir’on məkrin riştəsini sehr ilə, Bəsdir etmişlər onun sadə gözündə əjdəha.
Asitinindən yədi-beyza çıxarmaq vaxtıdır, Ya Əli, sahirlərin meydaninə at bir əsa.
E’tiqad etməzlər e’cazinə Musanın, vəli Cümləsi cöngəpərəst olmuş bu qovmi-bihəya.
Dəm o dəmdir ki, qırıb çatmaq üçün kafirləri, Zülfüqar əldə edəydin, ya Əli, əzmi-ğəza.
Din yolunda adətin üzrə bizə mə’lumdir Kim, edibdir hüsni-sə’yin həqqi batildən cida.
Təb’imin tutisi dil açmış fəsahətlə mənim, Hüsn gülzarında kamımca edər şurü nəva.
Istərəm vəsf eyləyim ancaq Əli övladini, Etməyim biganə bir şəxsi təvəqqö’lə səna.
Tövbə qıldıq ömrümüzdə kimsəni mədh etməyək, Bir Əli, bir də onun övladi-pakindən səva.
* * *
Lüğət: Dəhr – zaman, dünya, aləm; Hərgiz – heç zaman, əsla; Can – ruh, bədən; Çərxi – çənbəri – dairəvi səma; Şam – axşam; vilayət adı; Dili – tirə – qaranlıq könül, tutqun könül; Vəli – lakin; dost, xələf, mənəviyyatca Allaha yaxın; Xeyl – dəstə, tayfa; Təb – qızdırma; Bəqa – həmişəlik; Dəlil – yol göstərən; sübut; Qabil – qabiliyyətli, ağıllı; Canfəza – can bağışlayan, ruhu oxşayan; Əhli – raz – sirr əhli, sirdaş; Damən – ətək; Düyün – şənlik; toy; Əta – bəxşiş; Ənbiya – peyğəmbərlər; Şəbi – tarix – qaranlıq gecə; Beyt – ev; şerin iki misrası; Dəşt – çöl, səhra; Sayə – kölgə; Bəsi – çox, xeyli; Hicab – pərdə; utanma; Təqdir – olacaq şeyin Allah tərəfindən qabaqcadan müəyyənləşdirilməsi; bəyənmək, qədrini bilmək; Ara – bəzəyən; Sərriştə – ipin ucu; Əməl – arzu; iş; Amal – əməllər, arzular; Rüxsar – yanaq S; Tila – qızıl; Natəvan – gücsüz, zəif; Dar – bina, ev; Yədi – beyza – bacarıqlı əl; Dəm – qan; zaman; nəfəs; ah; söhbət; Hüsni – göftar – söz gözəlliyi X; Dil – ürək