Əsas məzmuna keç

Gəraylı

Bu torpaqda izim qala

Zəlimxan Yaqub

2

Bu torpaqda izim qala, Naxış olam kaş daşına. Oğul kimi arxalanam, Dönəm xalqın yaşdaşına.

Bir hay verəm harayına, Bu tayından o tayına. Yola dönəm – sarayına Sinəm üstdən daş daşına.

Mən bələdəm dağ-dağ ona, Dözəmmərəm dağ dağına. Bir arxadı dağ, dağına, Yaraşıqlı daş, daşına.

Yaşar könlüm min həvəsdə, Sarsılmaram son nəfəsdə. Qara daşı qəbrim üstdə Qoy çevrilsin başdaşına!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.