Əsas məzmuna keç

Qoşma

Bu taxta qədər

Zəlimxan Yaqub

1

Gec gəlmək yaxşıdı heç gəlməməkdən, Məni yarıtmadın bu vaxta qədər. Sən məni duymadın bu qara daşca, Sən məni duymadın bu taxta qədər.

Bir qara qəpiyəm, qara şahıyam, Yerin həsrətiyəm, göyün ahıyam. Mən daha bu gündən dərd allahıyam, Sən məni qaldırdın bu taxta qədər.

Zəhərli aşından doymuşam daha, Turşumuş qaşından doymuşam daha, Qarından, qışından doymuşam daha, Soyuqsan, bu sazaq, bu şaxta qədər.

2003, 25 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.