Əsas məzmuna keç

Qəsidə

Bu sürahi məsələn bir sənəmi-rə’nadır

Məhəmməd Füzuli

1

Bu sürahi məsələn bir sənəmi-rə’nadır Ki, dəmadəm tərəbəngizü nişatəfzadır.

Sərvtək qaməti-dilcu ilə üşşaqfirib, Şəm’tək pərtövi-rüxsar ilə bəzmaradır.

Gülbüni-baği-tərəb, qönçeyi-gülzari-fərəh, Gül kim ondan açılır, cami-meyi-səhbadır.

Rəngi-zərdü meyi-sürxün görən eylər heyrət Ki, xəzan içrə əcəb bu nə güli-həmradır.

Gah həmsilsileyi-aşiqi-xunindil olub, Boynu zənciri-cünün qeydi çəkən şeydadır.

Gah yüz aşiqi-şeydayı qılıb məstü xərab, Eyləməz hiç tərəhhüm, işi istiğnadır.

Bəzm üçün hər tərəfin türfə igidlər dutmuş, Sanasan xəl’əti-zərbəft ilə bir mirzadır.

Batini-safilə bir sufiyə bənzər ki, müdam Səcdəsində əsəri-sidqü səfa peydadır.

Kəhrübayi don ilən bir büti-sərkəşdir kim, Cilveyi-naz ilə şəh məclisinə ziybadır.

Ol şəhənşah ki, feyzindən umar kam müdam, Bəzmi-vəhdətdə əgər Xizrü, əgər Isadır.

Çakəri-çakəri fəğfur ilə xaqan oluban, Bəndeyi-bəndəsi Iskəndər ilə Daradır.

Cəmü Cəmşid degil bəzmdə həmtası onun, Sərvəri-bibədəlü xosrovi-bihəmtadır.

Xani-adil həm onun pərtövi-iqbalından Bir əsər tapdı ki, sahibnəzərü binadır.

Nəş’eyi-zövq bulan cami-rizasından kam, Bəzmi-eşqində qamu ömr qədəhpeymadır.

Ey Füzuli, dünü gün eylə dua sidq ilə kim, Ola bu dövlətü iqbal ilə ta dünyadır.

* * *

Lüğət: Sənəm – büt; gözəl; Qaməti – mövzun – yaraşıqlı boy; Pərtövi – xurşiddən bədr olacaqdır bu hilal – bu yeni Ay Günəş işığından bədrlənəcəkdir; Rüxsar – yanaq S; Gülbün – gül budağı; Tərəb – şənlik; Cami – xoşgüvar – ləzzətli şərab; Meyi – nab – saf şərab; Səhba – şərab; Güli – rə’na – qırmızı rəna çiçəyi; Həmra – qırmızı; Peyda – zahir, aşkar olmaq; Vəhdət – yalqızlıq, təklik; Çakər – nökər, qul; Bəndə – qul, kölə; Sərvər – başçı; Bibədəl – əvəzsiz; Xosrov – padşah, hökmdar

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.