Əsas məzmuna keç

Heca şeiri

Bu şirin qəmlərin əvəzi yoxdur

Zəlimxan Yaqub

1

Ey duman fikirlər, ey dəvə dərdlər, Bu şirin qəmlərin əvəzi yoxdur. Qəfəsə salsa da dünya şairi, Fikrin, düşüncənin qəfəsi yoxdur.

Ayağında çarıq, əlində əsa, Gəlir insan oğlu yol basa-basa. Kimi qəm sızladıb, yas ağlatmasa, Quru bir cəsəddi, nəfəsi yoxdur.

Durmaq artıq şeydi, duruşa dəyməz, Ölümlə, həyatla vuruşa dəyməz. Beş qara qəpiyə, quruşa dəyməz, Kimin dərd adlanan dəvəsi yoxsa.

2006, 9 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.