Bu qədər lilində batma nifrətin
Bu qədər lilində batma nifrətin, Didər nifrət ömrü, didər kin ömrü. Nə Ay sevindirər, nə Gün güldürər, Özü öz içində didərgin ömrü.
Verilən suala cavab tap, cavab, Çəkməyə dəyərmi çəkilən əzab? Hardandı insanda bu qədər qəzəb, Nə qədər uzunmuş bu dərkin ömrü.
Gördüyü hədədi, aldığı zədə, Tuş gələr yamana, rast gələr bədə. Allah heç verməsin düşmənimə də, Bu qədər narahat bir gərgin ömrü.
2005, 10 iyul