Əsas məzmuna keç

Qoşma

Bu kişi

Zəlimxan Yaqub

3
İstəkli həyat yoldaşını itirmiş 70 yaşlı bir kişini zülüm-zülüm ağlayan gördüm

Bir yumaqdı ağrıların əlində, Yavaş-yavaş çözələnir bu kişi. Köhnə dərdi sinəsindən getməmiş, Təzə dərdlə təzələnir bu kişi.

Talan olmuş könül adlı şəhri var, Göz yaşından dəryası var, nəhri var, Ağlamağın qaydası var, təhri var, Ağlamır ki, özələnir bu kişi.

Fələk onu nə saymışdı, nə sayar, Yüz harayla, gələn deyil səsə yar. Dərdə sirdaş, qəmə yoldaş, yasa yar, Hər üçünnən məzələnir bu kişi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.