Bu günləri bir hikmətə tuş oldum
Bu günləri bir hikmətə tuş oldum, Adı-sanı hər aləmdə deyilir. Şəriət ətini haram buyurub, Halal olan sümükləri yeyilir.
Müdam ayağından kəsilməz abı, Abını kəsəndə heç olmaz tabı. Çox əziz yaradıb kərəm sahabı; Toxmağınan təpəsinə döyülür.
Ələsgər ərz eylər, ariflər qana, Üç ayda, dörd ayda o gəlir cana. Lətifdə xörəyi, qarışar qana, Dərmanı var cəsədində yayılır.