Əsas məzmuna keç

Heca şeiri

Bu gün savaş yeridi

Zəlimxan Yaqub

1

Bir parça vətən getdi, Dağ uçdu, daş yeridi. Beyinlərə qan sızdı, Gözlərə yaş yeridi.

Qan vaxtı, qan məqamı, Şəhidlik – şan məqamı. Verməyə can məqamı, Keçməyə baş yeridi.

Vuruş hər qarış üçün, Torpaq üçün, xış üçün. Sabahkı barış üçün Bu gün savaş yeridi.

2002, 30 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.