Əsas məzmuna keç

Gəraylı

Bu gün ələ almaz oldum mən sazım

Şah İsmayıl Xətai

1

Bu gün ələ almaz oldum mən sazım, Ərşə dirək-dirək çıxar avazım, Dörd şey vardır bir qarındaşa lazım, Bir elim, bir kəlam, bir nəfəs, bir saz.

Gözəl əlim çıxsa, çıxsa salınsa, Bədir aylar kimi doğsa, dolunsa, Dörd şey vardır bir qarındaşa lazım:1 Bir xeyir, bir şər bir ibadət, bir niyaz.

Yaz olunca çəmən-çayır üstünə Ərməğan sunarlar dostu dostuna, Dörd şey vardır ovu almış dəstinə. Bir şahin, bir toğan, bir əspir, bir baz.

Cahil olan söylər, sözünü bilməz, Meydana gəlincə özünü bilməz, Dörd şey vardır cənnət yüzünü bilməz: Bir münkir, münafiq, bir Yezid, qanmaz. ____________ 1 Bu misra birinci bəndin üçüncü misrası ilə eynidir.

Şah Xətayim aydır: – Sən qulun nedər? Gözəl dünyasını tərk edər, gedər, Dörd şey vardır ildən-ilə dövr edər: Bir aydır, bir gündür, bir qışdır, bir yaz.

Lüğət: Əspir – quş adı; Baz – qızıl quş; Münkir – inkar edən, danan; Münafiq – günahkar, düşmən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.