Əsas məzmuna keç

Gəraylı

Bu gün

Zəlimxan Yaqub

3

Nə soyuqdu, nə istidi, Havalar həlimdi bu gün. Çiçəklər qızıl külçəli, Ləçəklər ləlimdi bu gün.

Şirəsini çəkir arım, Dağ sevgilim, çəmən yarım. Bala batıb barmaqlarım, Ballanan əlimdi bu gün.

Yerə-göyə gözəllik tən, Eşq bir toxum, gözəllik dən. Bu ilahi gözəllikdən, Ayrılmaq ölümdü bu gün.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.