Bu dünya əbədi dirilərindi
Zərrələr Günəşin, damlalar suyun, Xırdalar həmişə irilərindi. Çirkaba bulaşmaz əli, ətəyi, Göylər mələklərin, hürülərindi.
Döş-döşə döyüşər dənizlə ada, Dalğalar sükutu gətirməz yada. Qartal üfüqdədi, ilan səhrada, Çöllər çobanların, sürülərindi.
Baxmağa güzgüsü, aynası yoxdu, Yüz il yaşasa da mənası yoxdu. Diri ölülərin dünyası yoxdu, Bu dünya əbədi dirilərindi.
2007, 8 may