Əsas məzmuna keç

Qoşma

Bu dünya

Məxdumqulu Fəraqi

1

Məşriqdən məğribə dünyanın üzü, Demə, bizə məlum deyil bu dünya, Abadı, xarabı, dəryası-düzü, Yüz qırx altı min ağac yoldur bu dünya.

Bu cahan üzündə işlər peydadır, Təfərrücdür, tamaşadır, gövdədir, Qırx altı min ağac sudur, dəryadır, Yetmiş iki dürlü dildir bu dünya.

Bir əlli min ağac yollar anda var, Dev-pəri məskəni, qullar anda var, Daşlar, dağlar, ac arslanlar anda var, Ol yerdə adamdan çöldür bu dünya.

On iki min ağac cayi-Hindistan, Altı min ağac yol ərzi-Rumistan, Dörd min Səklab, Səncab, dörd min Zəngistan, Sanki keçib varan seldir bu dünya.

Dörd min fərsəx Yəmən, bir min də Bulğar, Zəmini-yunan həm olar yek həzar, Min ağac yol dağdır devi-mərdumxor, Onda keçib varan saldır bu dünya.

Min ağac kilim güş, yek dəsti-yek pa, Beş min ağac yəcuc, min ağac səhra, Yeddi min ağac yer cəzirə, dərya, Min ağac yer yatan maldır bu dünya.

Üç min üç yüz ağac əhli-islamdır, İraq, Xəzirbaycan, Misirdir, Şamdır, Xorasan, Fars, Bəzirkuhda tamamdır, Yox olunca, qalmaqaldır bu dünya.

Məxdumqulu, adın döndü Fərağa, Fəraq olub, çək özünü qırağa, Hesab etdim dünya başdan-ayağa, Üç yüz altmış illik yoldur bu dünya.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.