Əsas məzmuna keç

Təcnis

Bu dala bax, bax

Aşıq Ələsgər

1

Sağ dəstində qızıl şanə, sevdiyim Darar, zülfün tökər bu dala bax, bax! Bülbül müştaq olub gül qönçəsinə, Onçu məskən salıb bu dala bax, bax!

Əylən məclisində, gəlməsini* gör, Sağrı başmaq geyib, gəl məsini gör. Bimürvət gözəlin gəlməsini gör, Qəsd elər canımı bu da ala, bax, bax!

Ələsgər səməndin yayında minə**, Saqın seyraqubdan, yayın da, Minə! Mərd verər sinəsin yayın dəminə, Müxənnəs gizlənər bu dala, bax, bax!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.