Əsas məzmuna keç

Heca şeiri

Bu da payız fəsli

Zəlimxan Yaqub

2

Bu da payız fəsli, bu da son bahar, Nərəsi səngiyir dəli çayların. Ana təbiətdə bir sozalma var, Dənizdən üzülür əli çayların.

Daha ağrıların yönü bəridi, Çeşidi çoxalır əzablarımın. Saralan yarpaqlar nöqtələridi, Varağı saralmış kitablarımın.

2006, 25 oktyabr Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.