Əsas məzmuna keç

Heca şeiri

Bu çeşmənin başında

Zəlimxan Yaqub

1

Gözəl bir yuxu gördüm, Yuxumu yozan ola, Bu çeşmənin başında.

Kor gözlər işıq tapa, Dünya yaraşıq tapa, Şirin bir ozan ola, Bu çeşmənin başında.

Solmaya çiçəkləri, Uça kəpənəkləri. Hamıya sirdaş ola, Sevindirə təkləri. Nə qar, nə xəzan ola, Bu çeşmənin başında.

Qarışa sevənlərin Sevincinə, qəminə. Dil verə ilhamına, Güc verə qələminə. Yaxşı bir yazan ola, Bu çeşmənin başında.

Qarışam bu saflığa, Bürünəm şəffaflığa. Qovuşam cənnətimə, Qəbrimi qazan ola, Bu çeşmənin başında.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.