Böyük şairlərin böyük dərdi var
Düymələri cırdı, meyvələri kal, Vətəni də satır, şair satanlar. Döşdəki tikandı, çöldəki qanqal, Nifrətlə oyanıb, kinlə yatanlar.
Böyük şairlərin böyük dərdi var, Yeyir düşmənləri, yeyir dostları. Sonra da çəkilib küncə, bucağa, Ağzına nə gəldi deyir dostları.
Nə ruhun, nə canın qədrini bildi, Yedirtdi içini qurda şairlər. Böyük şairlərə qənim kəsildi, Xırda şairciklər, xırda şairlər.
2009, 22 aprel