Əsas məzmuna keç

Heca şeiri

Böyük sevgilər

Zəlimxan Yaqub

1

Sevənlər birləşəndə bir ürək, bir can olur, Gecə-gündüz nur yağır rəngindən, çöhrəsindən. İstər dəryaya tulla, istər qayalardan at, Öldürsən də əl üzməz Tahir öz Zöhrəsindən.

İlmə-ilmə toxunub, yaşıl ağa sarılar, Gül çəmənə, şeh düzə, qaya dağa sarılar. Yun əyrilib ip olar, sap yumağa sarılar, Düyçələr dolub çıxar zamanın cəhrəsindən.

Ölməz böyük sevgilər, ölüm təhlükə bilməz, Gözündə su bulanmaz, aynası ləkə bilməz, Min illər gəlib keçə, heç vaxt əl çəkə bilməz, Fərhad öz qayasından, Məcnun öz səhrasından.

2004, 31 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.