Böyük Sabirə
Başına tac bilib ellər əzəldən, Ağsaqqal sayıbdı qoca dağları. Torpaq sinəsində fəxri yer verib, Uca saxlayacaq uca dağları.
Bir sözü od saldı milyon ürəyə, Yandıra-yandıra yandı, əridi. Bugünkü səhərin rəngi, bəzəyi Sabir işığının şəfəqləridi.
Vətənin ən böyük qəhrəmanıdı, Vətənə ən böyük oğuldu Sabir. Duydu mənasını acı günlərin, Dünyanın dərdindən doğuldu Sabir!
1973, 4 iyul