Böylə
Dünya oyun, adəmzad, oldun avara böylə, Böyük yerdən yıxılan olar səd para böylə, Burda pünhan işlərin, onda aşkara böylə, Bu dünya, bu zəmanə döndü küffara böylə, Dindən çıxıb, rəqs edib, əzmi-cabbara böylə.
Bu dünyanın ötərin bilməz desəm bilərlər, Məğrur olub dünyaya, oynayarlar, gülərlər, Şəriəti dışlayıb, şərə qulaq verərlər, Üqba işin unudub, dünya işin qılarlar, Haram yeyib, gurlaşıb, dönərlər şirə böylə.
Səhər oyan, ey qafil, yad et, xuda birlə ol, Başın satıb dünyada, qərib-miskin könlün al, Dirilər murdar oldu, ölənlərdən ibrət al, Tən idin, torpaq oldun, qəbristana nəzər qıl, İnanmagil sağlığa, xəstə-biçarə böylə.
Dünya iki qafili əcəb karvansaraydır, Gələn keçib əylənməz, yük yazdırıb varaydır, Düşərsiniz girdaba hər kim burda heyrandır, Sabah sənin halını məhşər xalqı görəndir, Onda halın dad ilə salsalar narə böylə.
Baylar ilən baş qoşub, fəqirlərdən çevrib üz, Otursan, fikrin-zikrin cüvan ilən gəlin-qız, Bilə-bilə qəsd edib, naməhrəmə salıb göz, Sabah cavab sorsalar olarsan lal, olmaz söz, Vurar odlu gürz ilən səni min parə böylə.
Bir gün əcəl oxunu nişan edib atarlar, Oğlun-qızın, xatınlar qara saçın yayarlar, Xatınının qoynunda biganələr yatarlar, Halal-haram malını paylaşıban alarlar, Kəfən donuna soxub, salarlar gora böylə.
Məxdumqulu cəsəddən şirin canı alsalar, Tutub səni kəfənə dar məzara salsalar, Sual üçün görünüb Münkər-Nikir gəlsələr, Tab gətirməz, duzəxə əziz cismin salsalar, Hər nə qılsa ərki var, bəndə − biçarə böylə.