Borc-vəzifə
Hər kəsin öz borcu, öz vəzifəsi, Ordu əsgərini qorusun gərək. Əlində silahı, canında eşqi, Əsgər səngərini qorusun gərək. Ağsaqqal nurunu, oğul adını, İgid ləngərini qorusun gərək. Rəhbər öz canını versin millətə, Millət rəhbərini qorusun gərək.
2006, 8 iyul