Borc eyləmə
Gödək ömrü baha saxla, Hər yetənə xərc eyləmə. Mərdlərə bir qala qurdun, Namərdlərə bürc eyləmə.
İtmə çəndə, azma sisdə, Haqqa yer ver gözün üstə. Dədələrdən dünya istə, Gədələrdən borc eyləmə.
Dənizini ada bilər, Səsini boş səda bilər. Dünya səni uda bilər, Sən dünyayla mərc eyləmə.
2003, 21 yanvar