Bölündü
Zaman bölünməzi bölən eylədi, Ürəyim ortadan yarı bölündü. Ayrılıq qılıncı kəsdi, doğradı, Sinəmin sərvəti, varı bölündü.
Hər kimi səslədim, gəlmədi haya, Dövranın ürəyi oldu daş, qaya. Sellərim qovuşa bilmədi çaya, Elə bil dağların qarı bölündü.
Qovurdu ömrümü həsrətin sacı, Ağartdı saçını çəkdiyi acı. Yanında görmədi qardaşı bacı, Namusu, qeyrəti, arı bölündü.
1973, 9 yanvar