Bizim çəkdiyimiz təzə dərd deyil
Dərd başa vuranda öz qapazını, Ah qopub içərdən, sinədən gəlir. Ürəyi ağrıdan çox gözəl bilir, Nəmli kirpiklərə su nədən gəlir.
Paklıq da, saflıq da dağda qarındı, Xəzinə ellərin, obalarındı. Dastanlar dünyası babalarındı, Nağıllar dünyası nənədən gəlir.
Dərdin meydanından qaçan mərd deyil, Kim duruş gətirsə o, namərd deyil. Bizim çəkdiyimiz təzə dərd deyil, Kökü lap qədimdən, binədən gəlir.
2007, 3 fevral