Bizi
Bir eşqli su eyləyib əvvəl atada bizi, Surət edib can verdin sonra anada bizi, Xoşbəxt edib gəzdirdin darül-fənada bizi, Hər işə mail etdin nəfsi-həvada bizi, Kim bilər ki, neylərsən, darül-bəqada bizi?
Gah dünya tələb edib, həm yortaram, yelərəm, Gah ağlar öz halıma, gah şux olub, gülərəm, Mən bir aciz bəndəyəm, sənə ərzim qılaram, Xudaya, qılma rüsva, kərəmindən dilərəm, Bu dünyayi-qiyamət qoyma, uyuda bizi.
Asi olub yürürsən çox gülə-gülə bu dəm, Əzab çəkib yatarsan yerin altında bi dəm, Ağlayıb tənha qalsan, kim sənə ola həmdəm? Yer sənə deyər bunu: «Eşit, ey qafil adəm!» Qoymazlar xoş gəzməyə yalan dünyada bizi.
Tutsalar qıl körpüdə, durmasa onda daban, Sorulan vaxt xeyrü şər, «Yəssirləna hesaban»8, Möminə xoş vədədir «Vəssaqahum şəraban»9, Desə ol vəxt kafirlər: «Yə leytəni türaban»10, Ya rəb, ol gün lütf edib, atmagil oda bizi.
Həqiqətin yolunu rəhbərsiz gəzmək olmaz, Camal istəyən aşiq görmədən qızmaq olmaz, Aşiqliyin bəlasın çəkmədən sızmaq olmaz, Vüsala doymaq olmaz, hicrana dözmək olmaz, Yandırma eşq oduna bundan ziyada bizi.
Gəl, könül, səbr eyləgil, bunca bir oda düşmə, Az bilib, çox sözləyib, qəm çeşməsini içmə, Bitap olub tökərəm, gözyaşım çeşmə-çeşmə,
Yaxşı-yaman işimə, ya Birivar, qarışma, Günahim güzəşt edib, yetir murada bizi!
Məxdumqulu, binəva, biçarə-əndəlibi, Bir parça qəm dövranı, olmuş onun nəsibi, Yığilsa, qılmaz çarə, ona dəhrin təbibi, Hər məclisdə söhbətdə şad eylə biz qəribi, Ey yaranlar, yad edin xeyrü duada bizi.