Əsas məzmuna keç

Heca şeiri

Bizə şükür, İlahi

Zəlimxan Yaqub

1

Hər insanın öz yolu var, öz cığırı, öz izi, Düz seçilən yola şükür, izə şükür, İlahi! Sarsıntılar sınağından sağ-salamat çıxmışam, Qarşıdakı dağa şükür, düzə şükür, İlahi!

Mənim adım yaradılan, sənin adın Yaradan, Ulu sevgi hər gün təzə körpü salır aradan. Dolaşmadıq, vədəsində ağı seçdik qaradan, Həqiqəti doğru görən gözə şükür, İlahi!

Göydə idik, özün oldun bizi yerə göndərən, Hərəkətə, bərəkətə, xeyrə-şərə göndərən. Eşqi oda, ruhu səsə, sözü şeirə döndərən, Sən bizimsən, biz də sənin, bizə şükür, İlahi!

2011, 11 may Almaniya, Hannover

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.