Bizə gəldi
Axşamüstü alagözlü bir gözəl, Gətirdi əlində pay, bizə gəldi. Baxdım camalına, qamaşdı gözüm, Sandım bədirlənmiş ay bizə gəldi.
Günəşdən ötgündü göyçək camalı, Dəryadan dərindi ağlı, kamalı. Bəyaz buxağına zinətdir xalı, Qaşı ox, kirpiyi yay, bizə gəldi.
Qondu o gözələ könlümün quşu, Görənin az qalır məhv ola huşu. Can alır ceyrantək nazlı duruşu, Hüsnü Züleyxaya tay bizə gəldi.
1968, 7 aprel