Əsas məzmuna keç

Sərbəst şeir

Bizə dərk eyləmək qalır

Zəlimxan Yaqub

1

Hərdən mənə elə gəlir Hər şey deyilib, Hər şey yazılıb, Hər şey oxunub. Hansı mövzuya toxunmaq lazımsa, Allahın özü o mövzunu işləyib, O mövzuya toxunub. Bizə ancaq dərk eyləmək qalır – Təbiətin hikmətini, Tanrının qüdrətini, Dünyanın təbiətini.

2007, 5 iyul

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.