Əsas məzmuna keç

Varsağı

Biz də xanədanə gedər der idik

Şah İsmayıl Xətai

1

Biz də xanədanə gedər der idik, Mehman canlar, bizə səfa gəldiniz. Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz.

Bəli dedik bir gerçəgin dəstinə, Canım qurban olsun haqqın dostuna, Hər sabah, hər sabah yüzüm üstünə, Mehman canlar, bizə səfa gəldiniz.

Getdi yoldaşlarım, qaldım yalınız, Bağçada açılır qönçə gülünüz, Şəkər məhəbbətiz, dadlı diliniz, Mehman canlar, bizə səfa gəldiniz.

Bayquş kimi nə bəklərsən viranı, Şükür olsun səni bizə verəni, Sultan Xətayinin işi, yörəni, Mehman canlar, bizə səfa gəldiniz.

Lüğət: Dili – şeyda – vurğun ürək, sevən könül

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.