Əsas məzmuna keç

Heca şeiri

Biz də əyri baxsaq...

Zəlimxan Yaqub

1

Qurumuş əllərim kəsib, doğrayıb Artıb ürəyinin nisgili, yası. Durub beş il əvvəl durduğu kimi, Qalıb kölgəsində balta yarası.

Dedim öz-özümə: bu nə sənətmiş, İnsan yara vurmaz, yara bağlayar. Biz də əyri baxsaq, onda təbiət, Görən ümidini hara bağlayar.

Hansı bir həvəsdə yoldan çıxardıb, Azdırıb fikrimi dumanda, çəndə. Gəl keç günahımdan, ay qoca palıd, Şair olmamışam səni kəsəndə.

1973, 21 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.