Əsas məzmuna keç

Qoşma

Biz

Zəlimxan Yaqub

1

Dünyanın ən azad neməti – külək, Dünyanın ən alçaq sənəti – kələk. Dünyanın ən böyük qüdrəti – fələk, Külək də, kələk də, fələk də bizik.

Dünyanın ən zərif sərvəti – çiçək, Dünyanın ən zəif xilqəti – milçək. Dünyanın ən güclü sürəti – şimşək, Çiçək də, milçək də, şimşək də bizik.

Dünyanın ən gözəl cənnəti – bələk, Dünyanın ən nurlu surəti – mələk. Dünyanın ən varlı dövləti – ürək, Bələk də, mələk də, ürək də bizik.

2007, 1 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.